30 C
Baku
Tuesday, June 28, 2022

Rusiyaya Qərbdən lift təhcizatı dayandırıldı – Türkiyədən əvəzedici axtarır

Qərbin ən böyük lift istehsalçıları Rusiyaya çatdırılmaları dayandırıblar.

Tərtibatçılar daxili bazarda və Asiyada əvəzedici axtarırlar. Lokalizasiyanın yüksək səviyyəsinə baxmayaraq, rusiyalı istehsalçılar hissələrin çatışmazlığı riskindən danışırlar.

Keçən il Rusiyada quraşdırılan liftlərin demək olar ki, 30 %-i xaricdən gətirilib. Xaricdən gətirilən liftlərin 13 %-i Avropa, ABŞ və digər Qərb ölkələrinin, 15 %-i isə Belarusun payına düşüb.

Qərb istehsalçılarının liftlərindən ən mürəkkəb obyektlər göydələnlərdə, eləcə də biznes mərkəzlərində, ticarət mərkəzlərində və bahalı yaşayış evlərində istifadə olunur.

Rusiya hələ 110 metrdən hündür binada quraşdırıla bilən yüksək sürətli liftlər istehsal etmir.

Təchizat dayandırıldıqdan sonra tərtibatçılar Çin, Koreya və Türkiyə istehsalçıları arasından əvəzedici axtarmağa başlayıblar.

“Fortune”nin hesablamalarına görə, xüsusi əməliyyatın başladığı 24 fevraldan bəri 165 xarici şirkət Rusiyada fəaliyyətini tamamilə ləğv edib, 186 şirkət fəaliyyətini dayandırıb, daha 26 şirkət bəzi əməliyyatlarını azaldıb və investisiyaların dayandırıldığını elan edib.

Son xəbərlər
Oxşar xəbərlər