10 C
Baku
Friday, December 13, 2024

Rusiyaya qanunsuz 200 kq geyim keçirmək istəyən azərbaycanlılar saxlanılıb

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Pulkovo hava limanında gömrük sərhədindən 200 kq-dan çox Türkiyə istehsalı olan xəz geyimləri, ayaqqabı və digər paltarları öz üzərlərində və baqajlarında qanunsuz yollarla keçirmək istəyən Azərbaycan vətəndaşları saxlanılıb.

Qeyd olunub ki, İstanbul-Sankt-Peterburq aviareysi ilə gələn iki Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müəyyən edilən həddən artıq malları gömrük nəzarətinə elektron və ya yazılı formada bəyan etmədiyi halda “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə həmin malları keçirmək istəyiblər.

Lakin gömrük baxışı zamanı Azərbaycan vətəndaşlarına məxsus çantalarda ​bəyan edilməyən xəz geyimləri, kişi və qadın geyimləri, ayaqqabılar, müxtəlif ölçülü papaqlar aşkarlanıb.

Ümumilikdə, həmyerlilərimiz 465 adda geyim əşyasını bəyannaməsiz Rusiya gömrüyündən keçirməyə çalışıblar. Saxlanılanların sözlərinə görə, bütün geyim əşyaları Sankt -Peterburqdakı dostlarına hədiyyə olaraq alınıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər