27 C
Baku
Wednesday, July 24, 2024

Rusiyaya qarşı 16 mindən çox sanksiya tətbiq edilib

Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qarşı çıxmaq üçün 192 federal qanun qəbul edilib. 

Bunu Rusiya Dövlət Dumasının plenar iclasında sədr Vyaçeslav Volodin deyib.

“2022-ci ilin fevralından, xüsusi hərbi əməliyyatın başlandığı vaxtdan ölkəmizə qarşı 16 mindən çox sanksiya tətbiq edilib. Bu müddət ərzində biz sanksiyalara qarşı çıxmaq üçün 192 federal qanun qəbul etmişik. Hökumətlə birlikdə insanlara, müəssisələrə və bölgələrə kömək etmək üçün 300-dən çox dəstək tədbiri həyata keçirilib”, – Volodin bildirib.

Dövlət Dumasının sədri qeyd edib ki, bu, dövlət və sosial standartların bütün öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün edilib.

Son xəbərlər
Digər xəbərlər