10 C
Baku
Tuesday, November 26, 2024

“Rusiyaya qarşı sanksiyalar dünyada ərzaqla bağlı vəziyyəti pisləşdirir”

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar dünyada ərzaqla bağlı vəziyyəti pisləşdirir.

Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib

O, bu vəziyyətin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə bağlı olmadığını və bütün məsuliyyətin kollektiv Qərbin üzərinə düşdüyünü söyləyib:

“Bizim taxıl və gübrələrimizin xaricə tədarükü dünya ərzaq bazarı üçün çətindir. Rusiyaya qarşı sanksiyalar vəziyyətin daha da pisləşməsinə, dünyanın bir neçə ildir ki, istiqamət götürdüyü qlobal ərzaq böhranına çevrilmək təhlükəsi yaradır. Bunun Rusiyanın Donbasda keçirdiyi xüsusi hərbi əməliyyatla tamamilə əlaqəsi yoxdur. Bəzi aparıcı ölkələr maliyyə və ərzaq siyasətlərini bu şəkildə qurublar”, – deyə Rusiya Prezidenti vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər