13 C
Baku
Sunday, November 27, 2022

“Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq”

“Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları qüvvədə qalacaq, indi onları yüngülləşdirməyin vaxtı deyil”.

Bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı deyib.

“Sanksiyalar qüvvədə qalacaq. İndi sakitləşmə deyil, qətiyyət vaxtıdır”, – o vurğulayıb.

Onun sözlərinə görə, AK qazın qiymətinin aşağı salınması və regionun enerji təhlükəsizliyinin təmin edilməsi üzərində işləməyə davam edəcək. Komissiya Aİ ölkələri ilə birlikdə ixracatçılarla əlaqələri nəzərə alaraq tədbirlər kompleksi hazırlayacaq.

Ursula fon der Lyayen Rusiyanı “etibarsız təchizatçı”, Norveçi isə “etibarlı dost” kimi qiymətləndirib. O, həmçinin Rusiya Prezidenti Vladimir Putini Avropaya qarşı enerji və iqtisadi müharibəyə başlamaqda ittiham edib.

Bundan əlavə, AK rəhbəri Aİ-nin hidrogen bazarının inkişafına 3 milyard avro sərmayə qoymağı planlaşdığını bildirib və hidrogen iqtisadiyyatını kütləvi bazara çıxarmağa çağırıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X