6 C
Baku
Sunday, December 15, 2024

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Avropa İttifaqı (Aİ) Şurası Rusiyadan olan 1,2 min fiziki və 108 hüquqi şəxsə qarşı sanksiyaların müddətini altı ay müddətinə uzadıb.

Bu barədə Aİ Şurasının bəyanatında deyilir.

Sanksiyalar 2014-cü ildə Krımın ilhaqı və bu ilin fevral ayında başlayan müharibə ilə əlaqədar tətbiq edilib.

“Şura bu gün Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmaqda və ya təhdid etməkdə təqsirli olan şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha altı ay, 2023-cü il martın 15-nə qədər uzatmaq barədə qərar qəbul edib”, – deyə açıqlamada bildirilir.

 

 

Son xəbərlər
Digər xəbərlər