Aİ ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı yeni, yeddinci sanksiyalar paketini təsdiqləyiblər.
Bu barədə Litvanın Aİ-dəki daimi nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, məhdudiyyətlərə yeni ixrac nəzarəti və “Sberbank”ın aktivlərinin dondurulması, həmçinin Rusiya qızılına embarqo daxildir.
50-yə yaxın fiziki və hüquqi şəxs, o cümlədən siyasətçilər və hərbçilər sanksiyalara məruz qalacaq.