10 C
Baku
Wednesday, December 11, 2024

Rusiyaya qarşı yeddinci sanksiyalar paketinin tərkibi açıqlanıb

Avropa İttifaqı (Aİ) Ukraynada keçirilən hərbi əməliyyatla əlaqədar Rusiyaya qarşı yeddinci sanksiyalar paketini dərc edib. Sənəd Aİ-nin rəsmi jurnalında dərc olunub. Bildirilir ki, sanksiyalar siyahısında Rusiya baş nazirinin birinci müavini Andrey Belousov, Moskva meri Sergey Sobyanin, “Gecə qurdları” motosiklet klubunun prezidenti Aleksandr Zaldastanov (Cərrah) və başqaları var.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Siyahıya həmçinin daxil olublar:

– Uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova,

– Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilev,
– Prezidentin Şimali Qafqaz Federal Dairəsindəki (NCFD) daimi nümayəndəsi Yuri Çayka,
– “Rostex”in rəhbərinin oğlu Stanislav Çemezovun,
– Dövlət Dumasının deputatı Adam Delimxanov,
– “Yunarmiya” vətənpərvərlik hərəkatının üzvləri,
– “Russkiy Mir” fondu,
– A.M. Qorçakov adına İctimai Diplomatiya Fondu,
– aktyorlar Sergey Bezrukov və Vladimir Maşkov.

Bundan əlavə, iyulun 22-dən Avropa İttifaqı Rusiya qızıl və zərgərlik məmulatlarının alınması, idxalı və ya ötürülməsinə qadağa qoyub.

Eyni zamanda məlum olub ki, Aİ Rusiyanın Avropa ölkələrinə titan ixracını dayandıracağından ehtiyat etdiyi üçün Fransa və bir sıra digər ölkələrin etirazları fonunda “VSMPO-Avisma” korporasiyasına qarşı sanksiyalar tətbiq etməməyə qərar verib.

Bundan əvvəl Avropa İttifaqı aviasiya sənayesi üçün malların Rusiyaya tədarükünə qoyulan qadağanı aradan qaldırıb. Həmçinin Aİ Şurasının bəyanatına görə, bu tədarüklərə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) təhlükəsizlik standartlarını təmin etmək üçün lazım olan dərəcədə icazə veriləcək.

Son xəbərlər
Digər xəbərlər