Ukrayna Rusiyanın hərbi sənaye kompleksinə qarşı yeni sanksiyalar hazırlayır.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat yayıb.
Zelenski bildirib ki, Rusiyanın hərbi sənayesində çalışan şəxslərə və şirkətlərə, Rusiya Federasiyasına kömək edən xarici qurumlara qarşı yeni sanksiya qərarları hazırlanır.
“Qərarlarımız tezliklə ictimaiyyətə açıqlanacaq”, – prezident deyib.