23 C
Baku
Friday, May 24, 2024

Rusiyaya qarşı yeni sanksiyalar İrandan dron idxalına təsir edə bilər

Avropa İttifaqının Rusiyaya qarşı onuncu məhdudlaşdırıcı tədbirlər paketinə sanksiyalardan yayınma ilə bağlı mübarizə tədbirləri daxil olacaq.

Bunu Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis deyib.

Dombrovskisin sözlərinə görə, onuncu paketə yeni sanksiyalar və onlardan yan keçmə ilə mübarizə ilə bağlı elementlər aiddir.

Bundan əvvəl məlum olub ki, Aİ şirkətlərə əsas texnologiyaları üçüncü ölkələrə sataraq sonradan onları Rusiya Federasiyasına tədarük etməyi qadağan edə bilər.

Aİ-nin sanksiyaları pilotsuz uçuş aparatları sənayesinə və İrandan dronların idxalına təsir göstərə bilər.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər