5 C
Baku
Saturday, December 14, 2024

Rusiyaya silah tədarükü aşkar olunarsa, Aİ Çinə qarşı sanksiyalar tətbiq edəcək

Aİ Rusiyaya silah tədarükü aşkar olunarsa, Çinə qarşı sanksiyalar tətbiq edəcək.

Bu barədə agentliyə Aİ institutlarındakı anonimlik şərti ilə mənbə məlumat verib.

“Çin Rusiyaya silah tədarük edərsə, bu, sonuncu qırmızı xətt olacaq. Avropa İttifaqı sanksiyalarla cavab verəcək”, – deyə rəsmi bildirib.

Bu il fevralın 24-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsselin Ukrayna münaqişəsinin həlli üçün Çinin təklif etdiyi planı öyrənəcəyini bildirib. Eyni zamanda Almaniya prezidenti Frank-Valter Ştaynmayer Pekini “təkcə Rusiya ilə deyil, həm də Ukrayna ilə” danışıqlar aparmağa çağırıb.

Son xəbərlər
Digər xəbərlər