10 C
Baku
Thursday, December 12, 2024

“Rusiyaya sülh şərtlərini diktə etməyə imkan verə bilmərik” – Şolts

Almaniya Bundestaqında hamı bu fikirdədir ki, Rusiyaya Ukrayna ərazilərini güc yolu ilə ələ keçirib, sonra sülh şərtlərini diktə etməyə icazə vermək olmaz.

Bunu Almaniya Kansleri Olaf Şolts Berlində Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsi üzrə Beynəlxalq Ekspert Konfransı çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Almaniya Kansleri deyib ki, Ukrayna Prezidenti də münaqişənin sülh yolu ilə həll olunması dəstəkləyir.

“Lakin biz Rusiyaya Ukrayna ərazilərini güc yolu ilə ələ keçirib, sonra sülh şərtlərini diktə etməyə imkan verə bilmərik, bu, sadəcə olaraq mümkün deyil. Bundestaqda da eyni fikir var, bütün bunlar bizi birləşdirir”, – Kansler bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər