29 C
Baku
Friday, August 15, 2025

Rusiyaya yumurta ixracı dayanıb – İndi əsas bazar BƏƏ və ABŞ-dir

2025-ci ilin ilk yarısında Azərbaycan 76,05 min ədəd toyuq yumurtası ixrac edərək 5,47 mln. ABŞ dolları gəlir əldə edib.

Banker.az xəbər verir ki, ən böyük payı Birləşmiş Ərəb Əmirlikləri tutub — 48,06 min ədəd və 3,05 mln. dollar.

ABŞ-a 26,3 min ədəd (2,32 mln. dollar) yumurta göndərilib, Qambiya və Syerra-Leone bazarlarına isə kiçik həcmdə ixrac həyata keçirilib.

Qeyd edək ki, cari ilin martında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası mart ayından ABŞ-a müntəzəm süfrə yumurtası ixracına başlandğını açıqlamışdı. Hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat 4 milyona yaxındır. Faktiki istehsal isə 6 milyon civarındadır.

2024-cü ilin eyni dövründə yumurtanın ixrac həcmi 60,89 min ədəd, dəyəri isə 5,32 mln. dollar olub. Əsas bazar Rusiya olub — 46,21 min ədəd və 4,02 mln. dollar. Birləşmiş Ərəb Əmirliklərinə 13,61 min ədəd (1,21 mln. dollar) yumurta satılıb, İraqa isə 1,08 min ədəd (85 min dollar) göndərilib.

İllik müqayisədə 2025-ci ildə ixrac həcmi 24,9% artıb, gəlir isə 2,9% yüksəlib. Əsas artım ABŞ, Qambiya və Syerra-Leone bazarlarına satışların başlaması ilə bağlı olub, əvəzində Rusiya və İraq bazarlarına göndərişlər tamamilə dayanıb.

Son xəbərlər
Digər xəbərlər