“İctimai iaşə obyektlərində qaz balonlarından istifadə ilə bağlı yoxlamalar davam etdirilir”.
Bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Ruslan Əliyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu günə kimi 100-ə yaxın obyektdə pozuntu faktları aşkarlanıb: “Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz” və Bakı Şəhər İcra Hakimiyyəti mütəmadi yoxlamalar aparacaq”.