“PMD Group” MMC-də yeni təyinat olub.
Banker.az xəbər verir ki, şirkət bununla bağlı məlumat yayıb.
“PMD Group” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə Ruslan Mikailov təyin edilib.
Ruslan Mikailov 2016-cı ildə “PMD Group” MMC-yə Maliyyə meneceri olaraq qoşulmuş, 2018-ci ildən isə Baş maliyyə direktoru vəzifəsini icra etmişdir.
O, 2006-cı ildə bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) almışdır.