13 C
Baku
Sunday, September 29, 2024

“Ruslar neftə alıcı axtaracaq, bir çox alıcı isə Qərb xidmətlərinə güvənir” – ABŞ naziri

Birləşmiş Ştatlar G7 ölkələri və Avstraliyanın qiymət həddini tətbiq etməsindən sonra Hindistan, Çin və ya Afrika ölkələrinin lazımi həcmdə Rusiya neftini ala biləcəklərindən məmnundur.

Bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib.

O, Hindistan rəsmilərinin ölkələrinin Rusiya neftini almağa davam edəcəyini söyləyən şərhlərinə cavab verib. Nazir bildirib ki, Hindistan digər ölkələr kimi “Qərb xidmətlərindən istifadə etmirsə və onlara alternativ tapıbsa, istənilən qiymətə neft ala biləcək”.

Yellen hesab edir ki, Avropa İttifaqına neft tədarükünə qadağa tətbiq edildikdən sonra Rusiya üçün neft tədarükünü yüksək səviyyədə saxlamaq çətin olacaq. “Onlar alıcı axtaracaqlar. Bir çox alıcı isə Qərb xidmətlərinə güvənir”, – nazir “Reuters”ə izah edib. Qiymət həddi mexanizmi G7 ölkələrinin Rusiya neftinin sığortası və daşınması üzrə xidmətlərdən imtina edəcəyini nəzərdə tutur. “Məncə, onlara münasib qiymətə satdıqları eyni həcmdə nefti satmaq çətin olacaq”, – Yellen əlavə edib.

G7 ölkələri və Avstraliya neft yüklərinin qiymət həddindən yuxarı qiymətə satıldığı təqdirdə, sığortadan və nəqlindən imtina edərək, Rusiya neftinin qiymətini məhdudlaşdırmağa hazırlaşır. Ehtimal olunur ki, limit bir barel üçün təxminən 60 dollar səviyyəsində müəyyən ediləcək.

Son xəbərlər
Digər xəbərlər