14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Ruslar Putinə əvvəlki kimi güvənmirlər – [ARAŞDIRMA]

faizlere

KRIM EYFORİYASI VƏ KEÇƏN İL seçkiqabağı mobilizasiyadan sonra xeyli vaxt ötüb keçib: bir tərəfdən, prezidentin populyarlığı “əvvəlki” vəziyyətə qayıdıb, digər tərəfdən isə rusların Vladimir Putinə qarşı münasibəti keyfiyyətcə pisləşdiyini müşahidə edirik. “Vedomosti” nin dərc etdiyi sorğu nəticələrindən hansı nəticələrə gələ bilərik?

  • rusların 38% Putinin yenidən prezident postunu tutmasını istəmir. Bu, ötən il ilə müqayisədə 11%, 2012-ci və 2013-cü il ilə müqayisədə isə 40 və 45% çoxdur. 
  • rusların 54% Putinin yenidən seçilməsinə tərəfdar çıxıb. Maksimum göstərici 2017-ci ildə qeydə alınmışdır (67%). 

Bu göstəricilər seçkiqabağı kampaniyalardan sonrakı azalma ilə da əlaqələndirilə bilər (10-15%). Digərləri isə insanlara ümidlərlə dolu və alternativi olmayan mənzərə bəxş edir. 

  • rusların 43% Putindən başqa daha kiməsə güvənə bilmədiyinə görə ona tərəfdar olduqlarını bildiriblər. Qeyd edək ki, 2016-cı ildə bu rəqəm 29%, 2013-cü ildə isə 42% olmuşdur. 
  • bu suala cavab verməkdə çətinlik çəkənlərin sayı rekord səviyyəyə – 8% çatıb. Daha əvvəl bu göstərici 14-26% arasında dəyişib. 
  • respondetlərin çox az hissəsi Putinin “gələcəkdə ölkənin problemlərinin öhdəsindən gələ biləcəyinə” inandığını bildiriblər – 24% (2016-cı ilin noyabrında 39% idi). 
  • Putinin elektoral reytinqi pensiya islahatından sonra sabitdir: respondentlərin 40% və ya 50% səs verməyə hazırdır. 

Sitat: “Güman edilən varislərdən heç biri siyasi səhnəni tuta bilməz, buna görə də bu gün prezidentin nüfuzu inertdir, yeni nailiyyətlər yoxdur. Yaşayış səviyyəsi aşağı düşür və hakimiyyətin zərərləşdirə bilmədiyi qıcıqlanma başlayır. Buna görə də, getdikcə daha çox repressiv metodlar olacaq, bir müddət sonra isə əks effekt alacağıq”, – deyə Levanda mərkəzinin direktoru olan Lev Gudkov bildirib. 

Bundan sonra nələr baş verəcək?

Sosioloqlar dörd neqativ tendensiya fərqləndirirlər. Onlar arasında biri belə müsbət deyil. 

Cəmiyyətin qütbləşməsi. Putindən və hazırkı vəziyyətdən narazı olanlar aktivləşirlər, loyal cəmiyyət get-gedə daha da bulanıq olur. 

Narazılığın sosial bazasının genişlənməsi. Krımdan əvvəlki dövr ilə müqayisədə status-kvo həm “yaradıcı sinfin”, həm də yoxsul qrupların narazılığına səbəb olur. 

Putinin desakralizasiyası (hakimiyyətin imicinin pozulması). Prezident getdikcə lider deyil, vəziyyəti yaxşılaşdıra bilməyən adi bir insan kimi nəzərdən keçirilir: “Hələ ki, heç bir alternativ yoxdur. Bu, çox güman ki, neqativ qiymətləndirmədir. Belə ki, alternativin olmaması güclə təmin olunur”, – sosioloq əlavə edir. 

Hakimiyyətdən soyuma. “İstədik və istədiyimizi əldə edə bilmədik. Bu fikri insanlara bir-iki dəfə söyləmək olar. İndi onlar artıq başa düşüblər ki, heç nə gözləmək lazım deyil, verilən vədlərin heç biri realizə edilmir”, – politoloq Nikolay Petrov bildirir. 

Mənə nə. Hökumət siyasi landşaftı səhraya çevirərək, əhalinin beş illik sədaqətini çox baha qiymətə aldı. Bu nəyə gətirib çıxarıb? Birincisi, Putin özü özünə rəqib oldu, ikincisi isə mühafizəkarlar onun dəstəyinin əsasını qoydu. Onlar elə düşünürlər ki, başqa bir variant yoxdur. Seçim nəzərə çarpan kimi cəmiyyətin real istəkləri çox təəccübləndirə bilər.  

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər