Rusiyalı sülhməramlılar Qarabağda təmas xəttində vəziyyətə pilotsuz uçuş aparatları vasitəsilə də nəzarət edəcəklərini açıqlayıb.
Rusiya KİV-i xəbər verir ki, sülhməramlılar Laçın dəhlizini artıq nəzatə götürüblər. Sabah “cənub” şərti adı daşıyan sektorda da sülhməramlılar növbə quracaq.
Rusiya tərəfi Azərbaycan və Ermənistan Baş Qərargahları ilə birbaşa əlaqə də qurublar.
“Qarabağda yerləşdirilən bütün sülhməramlıların Suriya təcrübəsi var”.