7 C
Baku
Sunday, December 15, 2024

Ruslar Zaporojye AES-in baş direktorunu oğurlayıb

Rusiya hərbçiləri Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının baş direktoru İqor Muraşovu oğurlayıb.

Bu barədə Ukrayna Atom Enerjisi Agentliyinin prezidenti Petr Kotin məlumat verib.

O, Zaporojye AES-ə nəzarət edən Rusiya hərbçilərindən, eləcə də Ukraynanın bu nüvə obyektində qanunsuz yerləşdirilən Rusiyanın “Rosatom” şirkətinin əməkdaşlarında stansiyanın rəhbərliyinə və şəxsi heyətinə qarşı nüvə terror aktlarını dayandırmağı, baş direktorun dərhal azad olunmasını, müəssisənin təhlükəsiz istismarını təmin etmək üçün öz vəzifəsinə geri qaytarılmasını tələb edib.

P.Kotin bildirib ki, sentyabrın 30-da İqor Muraşov Enerqodar yolunda Rusiyanın hərbi patrulları tərəfindən saxlanılıb: “Onlar Muraşovun avtomobilini saxlayıb gözlərini bağlayaraq məlum olmayan istiqamətə aparıblar”.

Ukrayna rəsmisi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossiyə, AES üzrə Ümümdünya Atom Təşkilatının rəhbəri Tom Mitçellə Muraşovun təcili azad olunması istiqamətində bütün mümkün tədbirləri görmək üçün müraciət edib.

 

 

Son xəbərlər
Digər xəbərlər