28 C
Baku
Friday, June 27, 2025

“Rüsumlar ABŞ-yə 88 milyard dollar gəlir gətirib” – Tramp

ABŞ administrasiyası tərəfindən tətbiq edilmiş ticarət rüsumları Amerika iqtisadiyyatına təxminən 88 milyard dollar həcmində gəlir gətirib.

Bunu Amerika lideri Donald Tramp iyunun 26-da Ağ evdə tədbirdə çıxışı zamanı açıqlayıb.

Vaşinqton administrasiyasının başçısı deyib ki, Konqresin mütəxəssisləri ona ABŞ-nin “planlaşdırılandan daha çox vəsait əldə etdiyini” bildiriblər. Amerika liderinin sözlərinə görə, bu məlumatlara əsasən, Birləşmiş Ştatlar “rüsumlardan 88 milyard dollar əldə edib”.

Tramp bu hesablamalarla bağlı hər hansı təfərrüat verməyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər