13 C
Baku
Sunday, November 24, 2024

Rüsumun artırılması bazara təsir etdi: Bakıda avtomobillərin qiyməti bahalaşır

Dekabr ayı ərzində avtomobil bazarında satışlarda, eləcə də “online” avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub. Bu barədə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib

V.Hüseynov bildirib ki, ilin sonu olduğu üçün durğunluq gözlənilən idi, ancaq buna baxmayaraq avtomobil bazarında qiymətlərdə 15-20 faiz artım qeydə alınıb.

Onun sözlərinə görə, qiymətlərdə artıma səbəb Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumunun dəyişəcəyi ilə bağlı yayılan məlumatlar olub.

avtomobil bazari

Ekspert qeyd edib ki, qiymət artımı satışın daha da azalmasına səbəb olub. V.Hüseynov hesab edir ki, bu il yeni avtomobillərin satışı daha aktual olacaq. Onun sözlərinə görə, bəzi banklar və bank olmayan kredit təşkilatları avtomobil kreditləri verməkdə davam edir və digər banklar da öz kredit portfelinə yenidən baxacaqlar, bu növ kreditlər daha da aktuallaşacaq.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər