8 C
Baku
Monday, November 18, 2024

Rüşvətə görə həbsdə olan vəzifəli şəxslərin cəzaları azaldıldı

Şirvan Apellyasiya Məhkəməsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Sefi oğlu Adilov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi Əjdər Nəsib oğlu Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Onların cəzaları 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 ilə endirilib.

Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Adilov 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 1 ay müddətə azadlıqdan məhrum edilib. Əjdər Əliyev isə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 2 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə vətəndaşlardan rüşvət alan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Sefi oğlu Adilov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi Əjdər Nəsib oğlu Əliyevin qanunsuz əməlləri ifşa edilib.

Həyata keçirilmiş operativ əməliyyat tədbirləri nəticəsində cari ilin dekabr ayında Zaur Adilov və Əjdər Əliyevin qabaqcadan əlbir olaraq Məhdud Məsuliyyətli Cəmiyyətdə səyyar vergi yoxlamasının keçirilməməsi müqabilində külli miqdarda rüşvət istəmələri və almalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən xüsusiyyətlər üzrə Zaur Adilovun, habelə həmin pul vəsaitlərinin bir hissəsini vətəndaşdan alarkən cinayət başında yaxalanmış Əjdər Əliyevin üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Bununla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, toplanmış ilkin sübutlar əsasında adı çəkilən vəzifəli şəxslər həmin məcəllənin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvətalma) və 311.3.3-cü ( külli miqdarda rüşvətalma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarına əsasən, həbs qətimkan tədbiri seçilib.

MənbəPravda.az
Son xəbərlər
Digər xəbərlər