16 C
Baku
Friday, April 19, 2024

“Ryanair” Gürcüstan müntəzəm uçuşlara başlayıb

İrlandiyanın “Ryanair” loukost aviaşirkəti Gürcüstana müntəzəm uçuşlara başlayıb.

Aviaşirkətin Gürcüstana ilk uçuşu Milan-Tbilisi-Milan istiqamətində baş tutub. Şirkət bu istiqamətdə həftədə 4 dəfə uçuşlar həyata keçirəcək.

Noyabrın 9-da isə Marsel-Kutaisi-Marsel və Baloniya-Kutaisi-Baloniya istiqamətində uçuşlara start veriləcəyi bildirilib. Bu istiqamət üzrə isə uçuşlar həftədə 2 dəfə olmaqla müntəzəm qaydada həyata keçiriləcək.

Qeyd edək ki, “Ryanair”a Gürcüstan avia bazarına daxil olmaq üçün icazə cari ilin 24  oktyabr tarixində Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən verilib.

©APA

Son xəbərlər
Digər xəbərlər