Ryazan şirkətlərinin Azərbaycana biznes-missiyası çərçivəsində ümumi məbləği təxminən 500 min ABŞ dolları olan bir sıra müqavilələrin bağlanması planlaşdırılıb.
Bunu Ryazan vilayətinin baş nazirinin müavini Artyom Nikitin Azərbaycanda iki günlük biznes missiyasının ilkin nəticələrinə yekun vurarkən deyib.
Onun sözlərinə görə, ilk müqavilələr arasında Mərkəzi Gömrük Hospitalının yeni binasının tikintisi, tibbi ləvazimatların, şüşənin sınaq partiyasının, dam örtüyü üçün alüminium millərin, neft emalı zavodları üçün komponent və aksesuarların tədarükü planları var.
Biznes missiyası proqramı çərçivəsində Ryazan vilayətinin 57 istehsalçısının 500-dən çox məhsulunu təqdim edən Ryazan istehsalçılarının sərgi salonunun rəsmi açılış mərasimi keçirilib.
“Əminəm ki, ay yarımdan sonra Bakıda sərgi salonunda daha çox müqavilələr bağlanacaq və bizim müəssisələrimiz öz məhsullarını burada “Made in Ryazan” brendi ilə tədarük edərək Azərbaycan bazarına inamla daxil ola biləcəklər”, – deyə Artyom Nikitin qeyd edib.
O həmçinin əlavə edib ki, son 5 ildə Azərbaycanla Ryazan vilayəti arasında ticarət dövriyyəsi təxminən iki dəfə artıb. “Biz müsbət dinamikanı görürük. Ən əsası, Azərbaycana biznes missiyanın və burada sərgi salonunun açılması zərurəti Ryazan biznesinin təşəbbüsüdür. Sahibkarlarla birlikdə yerli biznes nümayəndələri ilə əlaqələri gücləndirmək üçün yüksək keyfiyyətli əlaqələr qurmağa çalışdıq”, – Artyom Nikitin bildirib.
Qeyd edək ki, Bakıda Ryazan istehsalçılarının məhsul və xidmətlərinin sərgi salonu oktyabrın 7-dək işini davam etdirəcək.