9 C
Baku
Friday, December 13, 2024

Rza Vəzirinin “Anglo Asian Mining”i Azərbaycandakı qızıl hasilatını azaldıb

Böyük Britaniyanın Azərbaycanda qızıl hasil edən “Anglo Asian Mining plc” şirkəti 2022-ci ilin ilk üç rübü üzrə rəqəmləri açıqlayıb.

Bu barədə Banker.az-a “Anglo Asian” şirkətindən məlumat daxil olub.

Şirkətin açıqlamasına görə, 2022-ci ilin iyul-sentyabr aylarında (3-cü rüb) 14 309 unsiya qızıl hasil edib. Bu da 2021-ci ilin eyni dövründə 16 316 unsiya olduğunu nəzərə alsaq 12%-dən çox illik azalma deməkdir.

İlin ilk doqquz ayında 43 081 unsiya qızıl hasil edilib, bu da illik 11% azalma deməkdir.

Üçüncü rüb ərzində $15.3 milyonluq valyuta əldə edib. Bu ikinci rübdə $21.2 milyon idi.

“ İstehsal rəqəmləri sabit olaraq qalır və rübdə ümumi hasilat 14 309 unsiya qızıl ekvivalenti təşkil edir ki, bu da əvvəlki ilin eyni dövründəki hasilatla böyük ölçüdə eyni qalır. Mis hasilatı 609 ton, gümüş isə 45 063 unsiya təşkil edib ki, bu da əvvəlki illə müqayisədə hasilatın artmasıdır”- deyə, şirkətin baş icraçı direktoru Rza Vəziri (Reza Vaziri) deyib.

 

Son xəbərlər
Digər xəbərlər