“Səba” ASC səhmdarlarının toplaşma məqsədi açıqlandı

23 noyabr 2018-ci il saat 15.00-da “Səba” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az bu barədə Cəmiyyətin açıqlamasına istinadən xəbər verir.

Yığıncağın güngəliyinə Cəmiyyətin kredit öhdəlikləri barədə, Bank zəmanətinin və ya akkreditivinin alınması barədə və digər məsələlər.

Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.

Ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1, Səba ASC-nin inzibati binası.