18 C
Baku
Saturday, May 25, 2024

“Səba” statistik məlumatları vermədiyi üçün cərimələnə bilər

“Səba” ASC barəsində protokol tərtib edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Səba” ASC barəsində Dövlət Statistika Komitəsi İnzibati Xətalar Məcəlləsinin 389-cü maddəsi – statistik məlumatların verilməsi qaydalarının pozulması üzrə protokol tərtib edilib.

İş Şabran Rayon Məhkəməsinə göndərilib və işə baxan hakim Çingiz İsgəndərovdur.

İXM-in 389-cü maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Bu protokolun imzalanması şirkətin artıq cərimələnməsi deyil. Belə ki, Məhkəmə, iş materiallarını araşdırmaqla şirkətin cərimə edilib-edilməyəcəyinə qərar verir.

Qeyd edək ki, şirkət 1997-ci ildən fəaliyyət göstərir. Aqrar şirkətin kurasiyasına “Biləsuvar Aqro” MMC, “Qarabağ Taxıl” MMC və “Qarabağ Toxum” MMC də daxildir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər