24 C
Baku
Thursday, July 25, 2024

“Sədərək”də mağazası su altında qalan 200 sahibkara kompensasiya veriləcək”

Bir neçə gün öncə yağan güclü yağışlar səbəbindən “Sədərək” Ticarət Mərkəzini suyun basması ilə bağlı məlumat vermişdik. Hadisə nəticəsində ticarət mərkəzindəki bir çox sahibkarın obyektinə, mallarına ziyan dəyib.

Məsələ ilə bağlı bir neçə gündür aidiyyəti üzrə dəymiş ziyanın hesablanması üçün “Sədərək” Ticarət Mərkəzinin (TM) rəhbərliyi və yaradılmış xüsusi komissiya sahibkarlarla görüşüb və siyahıyaalmanı həyat keçirib.

Bu barədə cavab olaraq, “Sədərək” TM-in Mətbuat Xidmətinin rəhbəri Kəmaləddin Qədim məlumat verib.

Kəmaləddin Qədimin sözlərinə görə, dəymiş ziyanın hesablanması davam etdirilir:

“Təxminən 200-ə yaxın sahibkar zərər çəkib. Onlar arasında güclü maddi ziyan olmayıb. “Sədərək” TM-in rəhbərliyi tərəfindən zərərçəkmiş mağazalar bərpa ediləcək, həmin sahibkarlar müəyyən müddət yer pulundan azad ediləcək, eləcə də dəymiş ziyan rəhbərlik tərəfindən qarşılanacaq. Zərərçəkən sahibkarlar arasında mağazasını sığorta edənlər də var ki, onların zərərini sığorta şirkətləri qarşılayacaq. Digərlərinə isə rəhbərliyin tapşırığı ilə kompensasiya veriləcək”.

O bildirib ki, bu cür hadisə artıq bir neçə dəfə baş verib:

“Güclü yağış səbəbindən ərazidə yığılan suyun çəkilməsi üçün nasosların gücü çatmadı. Bunun nəticəsində yağış suları mağazalara dolaraq, sahibkarların mallarına ziyan vurub. Təbii ki,  “Sədərək” TM rəhbərliyi tərəfindən yaradılan xüsusi komissiya zərərçəkənlərin müəyyənləşdirilməsi üçün tədbirlər görüb. Bu ərəfədə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq briqadası əraziyə yığılan suyun nasoslar vasitəsilə çəkilib yaxınlıqdakı gölə tökülməsinə kömək etdilər.

Qarşıdan gələn qış mövsümü ilə əlaqədar olaraq yağışlı hava şəraitini və bənzər hadisələrinin təkrarlanma ehtimalını nəzərə alaraq tədbirlər görülməsi üçün təlimat verilib. Bundan öncə baş verən təbii fəlakətdən sonra əlavə iki su anbarı tikilmişdi ki, bu da bu kimi hallarda zərərin daha az olmasına kömək edir. Ümumilikdə isə bu ticarət mərkəzində bu cür 24 su anbarı mövcuddur. Son hadisədən sonra rəhbərlik beş yeni su mühərriki alıb. Yağış və su xətləri gücləndirilib”.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər