16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

“Sədərək”dəki yanğın 900-1000 kvadrat metr ərazini əhatə edib – Rəsmi açıqlama

faizlere

“FHN-ə yanğınla bağlı məlumat bu gün səhər 07:39 radələrində daxil olub”.

Bunu ərazidə olan Dövlət Yanğından Mühafizə İdarəsinin qərargah rəisi Əkbər Novruzov deyib.

O bildirib ki, dərhal ərazi üzrə Qaradağ Rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əraziyə FHN-nin 23 texnikası, 125 nəfər canlı qüvvəsi cəlb olunub. Yanğının dərəcəsi ikinci dərəcəli elan olunub. Yanğın bir saata yaxın müddətdə davam edib.

Yanğın ticarət mərkəzinin 900-1000 kvadrat metr ərazini əhatə edib. İlkin səbəb hələlik məlum deyil. Araşdırma aparılır.

©Oxu.az

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər