25 C
Baku
Thursday, July 10, 2025

Sədr: “Dörd bankın bağlanması ilə bağlı qərar Maliyyə Nazirliyi və Mərkəzi Bankla birgə verilib”

“Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyalarının ləğv edilməsi ilə bağlı qərar yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasına aid deyil.

Bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Ümumiyyətlə, bu bankların bağlanması ilə bağlı qərar yalnız Palataya aid deyil. Maliyyə Nazirliyi və Mərkəzi Bank da bu qərarın qəbul olunmasında iştirak edib”, – deyə sədr qeyd edib.

Xatırladaq ki, MBNP-nin Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən yuxarıda adları qeyd edilən bankların lisenziyası ləğv olunub./APA

Son xəbərlər
Digər xəbərlər