Səfərə çıxarkən ehtiyatı əldən verməyək

Artıq havalar günü –gündən soyuyur və istirahətdə olan hər kəs öz işinin başına qayıqıb. İstirahəti isə hər kəs müxtəlif şəkildə keçirib, bəziləri öz ölkəmizdə bəziləri isə xarici ölkələrdə.  Bəs xaricə səyahət edən vətəndaşlarımız öz təhlükəsizliyindən nə qədər əmin olub? Baş verəcək hadisələri qabağlamağın mümkün olmamasına baxmayaraq, həmin hadisələrdən xərcə girmədən  ötüb keçmək  mümkündür.

Bəlkə də bir çoxları xaricə getdiyimiz zaman özümüzü sığorta etdirə biləcəyimizdən xəbərdar deyil. Belə ki,  ölkəmizin sığorta şirkətlərində səyahətə çıxdığımız müddət ərzində belə səyahət zamanı başımıza gələcək hadisələrdən özümüzü sığorta etdirməyimiz mümkündür.

Nəzərə alaq, son 10 il ərzində xarici ölkələrə turizm məqsədi ilə gedən Azərbaycan vətəndaşlarının sayı 5,1 dəfə artıb. Belə ki, son göstəricilərə əsasən 68 165 nəfər ölkə ərazisində xaricə sırf istirahət məqsədi ilə getmişdir. Hər yeni statistikada isə xaricə gedən turistlərin sayı artmaqdadır.

travelÖlkəmizdən kənarda başımıza gələ biləcək xoşagəlməz hadisələrdən sığortalanmağınız üçün səyahət sığortasına müraciət etməyiniz daha sərfəlidir. Əgər siz xarici ölkəyə  səyahət etmək istəyirsinizsə,bu zaman şirkət sizi xaricdə başınıza gələcək hər bir hadisələrdən sığortalayır. Səyahətə çıxmadan öncə güvəndiyiniz sığorta şirkətinə müraciət edirsiniz. Müraciətinizə əsasən sizinlə sığorta haqqında müqavilə bağlanılır. Belə ki, siz getmək istədiyiniz ölkədən və müddətdən asılı olaraq sığorta ödəniş etməlisiniz.

Misal üçün, əgər siz İspaniyaya 1 həftəlik (7 gün) səyahət etmək istəyirsinizsə, bu  zaman sığorta üçün ödəyəcəyiniz məbləğ 6 -10 AVRO /AZN olacaq. Franşız üçün isə şirkətdən asılı olaraq 30- 80 AVRO/USD ödəməli olacaqsınız.

Hazırda ölkəmizdə son göstəricilərə əsasən xaricə səfər edən vətəndaşların sığorta şirkəti ilə bağladıqları müqavilə zamanı etdikləri ödənişlər 1 290 836.19 manat, sığorta hadisəsi baş verdiyi zaman isə şirkətin etdiyi ödənişlər isə 174 283.47 manat təşkil edir
2012 ci ildə ölkədə sığorta haqqları  1 532 309,33 manat , ödənişləri isə 132 928,95  manat təşkil edirdi. Son bir il əzrində isə sığorta haqqları  15.76% azalmış  , sığorta ödənişləri isə 31.11% artmışdır.

Ölkədən kənarda olduğunuz zaman aşağıdakı hallar baş verərsə, siz bu hadisələrdən sığortalanırsınız.

  • Azərbaycan respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortasi
  • Fərdi qəza sığortası
  • Xaricə səfər zamanı baqajin sığortası
  • Səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsinin sığortası
  •  Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi sığortası
  • Xarici pasportun və  nəqliyyat sənədlərinin itirilməsi sığortası

Əgər xaricdə olduğunuz zaman başınıza belə hadisələr gələrsə həmin an sığorta etdiyiniz şirkət ilə əlaqə saxlamalısınız. Daha sonra isə şirkət sizə öz dəstəyini göstərəcəkdir.
Sonda isə onu qeyd edək ki, unutmayın, sığorta etdirmək hər zaman baş verəcək hadisələrə hazırlıqlı olmaq deməkdir. Sizdə çalışın hər zaman bütün hadisələrə hazırlıqlı olun.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.