19 C
Baku
Sunday, May 19, 2024

Səfərbərlik ehtiyatlarına dair dövlətin vəzifəsi müəyyənləşdirilir

Strateji və fövqəladə ehtiyatların tədarükü və təchizatçıların seçilməsi sahəsində dövlətin vəzifələri səfərbərlik ehtiyatlarına da şamil ediləcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət ehtiyatları haqqında” qanun layihəsinə edilən düzəlişdə əksini tapıb.

Strateji əhəmiyyətli malların siyahısında həmin malların (onların bir hissəsinin) ölkə üzrə tələb olunan minimal həcmləri də göstəriləcək.

Birinci oxunuşda təqdim edilən layihənin 5.1-ci maddəyə əsasən, strateji əhəmiyyətli malların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Ancaq ikinci oxunuşda təklif olunur ki, bu siyahı yalnız strateji əhəmiyyətli malların adlarını deyil, eyni zamanda həmin malların (onların bir hissəsinin) ölkə üzrə tələb olunan minimal həcmlərini də əks etdirsin. Bu məqsədlə “strateji əhəmiyyətli malların siyahısı” sözlərindən sonra “həmin malların, o cümlədən onların bir hissəsinin ölkə üzrə tələb olunan minimal həcmi də əks olunmaqla” sözləri təklif olunur. Həmin düzəlişə uyğun olaraq 5.2-ci maddəyə də müvafiq düzəliş edilir.

Digər düzəlişə əsasən ehtiyatların saxlanıldığı yerlərə baxış keçirmək hüququ məsul qurumun istənilən işçilərinə deyil, müvafiq səlahiyyətə malik nümayəndələrinə həvalə ediləcək.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər