29 C
Baku
Tuesday, July 16, 2024

Səfərbərlikdən sonra Rusiyanı tərk edənlərin siyahısı hazırlanır

Qismən səfərbərlik elan olunandan sonra Rusiyanı tərk edən vətəndaşların siyahısı hazırlanır.

Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin parlamentin plenar iclasında bildirib.

“Budur, indi gedənlərin hamısının siyahılarını tərtib edirik. Siz elə bilirsiniz ki, onlar gedirlər və heç kim görmür, kim getdi, niyə getdi? Hamısını görürük”, – Volodin əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər