12 C
Baku
Sunday, October 27, 2024

Səfir: Azərbaycan Pakistana $100 mln. məbləğində neft tədarük edəcək

ARDNŞ (SOCAR) Pakistana $100 mln. məbləğində Azərbaycan neftinin tədarükünə dair saziş imzalayıb. Bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib.

“Ötən həftə İslamabadda $100 mln. məbləğində Azərbaycan neftinin Pakistana tədarükünə dair saziş imzalanıb”, – səfir bu gün “İnterfaks-Azərbaycan”ın sualına cavabında bildirib.

Onun sözlərinə görə, Pakistan “enerji ehtiyatlarının ciddi qıtlığı var və digər ölkələrdən neft alır”.

“Bu proses (neft alışı – İF) hələ 2017-ci ilin fevral ayında Azərbaycan prezidenti İlham Əliyevin Pakistana səfəri zamanı başlayıb”, – S.X.Mohmand qeyd edib.

Diplomatın sözlərinə görə, Bu, Bakı ilə İslamabad arasında enerji sahəsində əməkdaşlığın yalnız başlanğıcıdır.”Gələcəkdə Azərbaycan tərəfindən Pakistanın enerji sektoruna sərmayələri gözlənilir. Sabah Bakıda Pakistanın nümayəndə heyətinin SOCAR-ın rəhbərliyi ilə görüşü çərçşivəsində bu və digər məsələlər müzakirə olunacaq”, – səfir vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər