Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp Azərbaycan xalqını 28 may Respublika Günü münasibətilə təbrik edib.
Bu barədə səfirliyin “Facebook” səhifəsində bildirilib.
“Əziz Azərbaycan xalqı, sizi Azərbaycanın Milli bayramı – Respublika Günü münasibətilə təbrik edirəm. Xaqlarımız arasında mövcud dostluq münasibətlərini və ölkələrimizin hərtərəfli əlaqələrini möhkəmləndirmək üçün Böyük Britaniya olaraq Azərbaycanla bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığın gələcəkdə də inkişafı naminə birlikdə işləməyə davam edəcəyik.
Hər birinizə səadət və xoş günlər, ölkənizə isə firavanlıq, süıh və tərəqqi diləyirəm. Respublika Gününüz mübarək”.