1 C
Baku
Cümə, Yanvar 21, 2022

Səfir: “Pakistan Milli Bankının Bakıda fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar danışıqlar aparılır”

“Pakistan Milli Bankının Azərbaycanda fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar müvafiq danışıqlar aparılır”.

Bunu Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov deyib.

“Məlum olduğu kimi, Pakistan bütün Beynəlxalq təşkilatlarda birmənalı olaraq bizim mövqeyimizi dəstəkləyir, hətta bəzi hallarda Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyəti ilə də məşğul olur. Xüsusilə, 2012-ci ilin fevralın 1-də Pakistan Senatında Xocalı soyqırımı haqqında qətnamənin qəbul edilməsi, 2013-cü ildə oktyabrın 5-də senatda Ermənistanın təcavüzkar mövqeyinin qəti şəkildə pislənməsi və Azərbaycan torpaqlarından qeyd- şərtsiz çıxmasını tələb edən növbəti qətnamənin qəbul edilməsi və ən nəhayət Ermənistanın ciddi cəhdlərinə baxmayaraq Pakistan tərəfinin işğalçı ölkə ilə diplomatik münasibətlər qurmaması Azərbaycan-Pakistan arasında mövcud olan qardaşlıq əlaqələrini daha da möhkəmləndirib. Məhz bu münasibətləri nəzərə alaraq Pakistan milli Bankının Bakıda fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar danışıqlar aparılır. İnşallah, bu məsələ yaxın vaxtlarda Azərbaycan və Pakistanın maraqları nəzərə alınmaqla öz həllini tapacaq”, – deyə D. Şikarov vurğulayıb.

APA.az

Son xəbərlər
Oxşar xəbərlər