3 C
Baku
Cümə, Yanvar 21, 2022

Səfirlik Azərbaycan vətəndaşlarının Qazaxıstandan təxliyəsi üçün iş aparır

“Məlum olduğu kimi, səfirlik Qazaxıstanda mövcud olan vəziyyət ilə əlaqədar rəsmi internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə vətəndaşlarımıza xəbərdarlıq ünvanlayıb və rəsmi məlumatları izləməyi, insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət görüb”.

Bu barədə Azərbaycanın Qazaxıstandakı Səfirliyindən bildirilib.

“Səfirlik Almatı şəhərindəki ofis, Aktaudakı Baş konsulluq və diaspora fəalları ilə mütəmadi əlaqə saxlayır. Baş verən hadisələr zamanı hər hansı vətəndaşımızın xəsarət alması ilə bağlı səfirliyə məlumat daxil olmayıb. Hazırda Qazaxıstandan xarici ölkələrə uçuşların dayandırılması səbəbindən Azərbaycana geri dönə bilməyən vətəndaşlarımız tərəfindən səfirliyə daxil olan müraciətlər tərəfimizdən aidiyyəti üzrə cavablandırılır, müraciət edən vətəndaşlarımızın vəziyyəti ilə maraqlanır, onlara müvafiq məlumat və tövsiyələr verilir.

Səfirlik öz fəaliyyətini adi iş rejimində davam etdirir. Vətəndaşlarımızdan səfirlik ilə +7780002838; +7 7172 75 55 27 telefon nömrələri vasitəsilə əlaqə saxlamaları xahiş olunur.

Vətəndaşlarımızdan ölkədə internetin qismən işlədiyini və rabitənin bəzi hallarda kəsildiyini nəzərə almaları xahiş olunur”, – qeyd olunub.

Son xəbərlər
Oxşar xəbərlər