27 C
Baku
Saturday, July 27, 2024

Şəhər şəraiti üçün “Boeing” avtonom təyyarəsinin sınağı baş tutdu

“Boeing” korporasiyası şəhər şəraiti mühitində istifadə üçün avtonom sərnişin hava gəmisinin ilk uçuş sınağını keçirib.

Banker.az yazır ki, sınaqlar zamanı vertikal uçuş və eniş, eləcə də aralıq uçuş test edilib.

Gələcəkdə korporasiya qanadın qaldırıcı gücündən istifadə etməklə uçuş sınağı keçirməyi və vertikal və horizontal uçuşlar arasında keçid fazasının testini planlaşdırır.

Yeni şəhər nəqliyyatının prototipi elektrik mühərriklə təchiz edilib və 80 km tam avtonom uçuş üçün nəzərdə tutulub. Onun uzunluğunun ölçüsü təxminən 9 m, eni isə 8,5 m təşkil edir.

©ICTnews.az

Son xəbərlər
Digər xəbərlər