13 C
Baku
Friday, April 19, 2024

Şəhərləri arasında gecələr reallaşdırılan avtobus reyslərinin sayı artırılacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Azərbaycanın şəhərləri arasında gecələr reallaşdırılan avtobus reyslərinin sayını artıracaq. 

Bu barədə qurumdan bildirilib. 

Məlumata görə, yenilik gələn ilin mart ayından olacaq: “Hazırda Bakıdan Gəncə, Qırmızı Körpü, Mingəçevir, Şəki istiqamətlərində gecə reysləri həyata keçirilir. Daha 5 regionun bu siyahıya əlavə edilməsi nəzərdə tutulub”. 

Xatırladaq ki, bu ilin oktyabrın 1-dən Bakıdan regionlara gecə reysləri bərpa olunub. Bu addım 10 illik fasilədən sonra atılıb. 

©Report

Son xəbərlər
Digər xəbərlər