21.6 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Gələn həftədən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın ikinci mərhələsi başlayacaq

Screen Shot 2021 09 02 at 14.34.20

“Bu yaxınlarda vaksinasiya ilə bağlı “randevu” sistemi tətbiq olunmalıdır”.

Bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, vaksinasiyadan keçən şəxslər əvvəlcədən qeydiyyata alınacaq: “Gələn həftədən vaksinasiya prosesinin ikinci mərhələsinə başlanılması planlaşdırılır”,-deyə V.Qasımov əlavə edib.

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, ilkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyətinin, ikinci mərhələdə isə tibbi yüksək riskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər peyvənd olunacaqlar.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:APA
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər