16 C
Baku
Cümə, May 20, 2022

Səhiyyə nazirinin müavinləri kollektivə təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2022-ci il tarixli müvafiq sərəncamlarına əsasən, İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, bu gün səhiyyə naziri Teymur Musayev yeni təyin olunmuş nazir müavinlərini kollektivə təqdim edib.

Teymur Musayev bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu gün bütün sahələrdə peşəkar, vətənsevər kadrlara etimad göstərilir:

“İlqar Qasımov, Nadir Zeynalov və Rasim İsmayılov bir sıra məsul vəzifələrdə fəaliyyət göstərərək, bu sahədə təcrübə və idarəçilik bacarığına malik olduqlarını göstəriblər. Əminəm ki, onlar bu yüksək etimadı doğruldacaq və qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəklər”.

MənbəApa.az
Son xəbərlər
Oxşar xəbərlər