28 C
Baku
Saturday, July 27, 2024

Səhiyyə Nazirliyi: 12 862 vətəndaş ambulator nəzarət altındadır

“3 həftəyə yaxındır COVID-19-a yoluxmuş və ya şübhəli olan vətəndaşların ambulator müşahidəsi aparılır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

O bildirib ki, ümumilikdə 12 862 vətəndaş ambulator nəzarət altındadır: “Bunlardan 8 mindən artığı COVID-19-a laborator testin nəticəsi mənfi olanlardır. Habelə xəstəxanadan çıxmış və ev şəraitində nəzarəti davam etdirilən vətəndaşlarımız, COVID-19-a yoluxmuş şəxslərlə təmasda olmuş vətəndaşlarımız və testin nəticəsi mənfi olsa da, əlamətləri şübhəli olan vətəndaşlarımız bunların tam əksəriyyətini təşkil edir”.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri qeyd edib ki, digərləri yoluxsa da, yüngül durumda olanlardadır: “Hər gün 400-500 nəfər telefon vasitəsi ilə müraciət edir”.

Son xəbərlər
Digər xəbərlər