9 C
Baku
Bazar, Oktyabr 24, 2021

Səhiyyə Nazirliyi “Doktor Davud” klinikasını cərimələyib

Səhiyyə Nazirliyi sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə “Davud LTD” MMC (“Doktor Davud” özəl klinikası) barədə inzibati protokol tərtib edib.

Yasamal Rayon Məhkəməsi klinikanın İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsinə əsasən cərimə edilməsi barədə qərar çıxarıb.

“Davud LTD” MMC qərardan apellyasiya şikayəti verib.

Mənbə:report.az
Son xəbərlər
Oxşar xəbərlər