11 C
Baku
Wednesday, November 13, 2024

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib.

Nazirlər Kabineti bununla bağlı “Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qanın, qan komponentlərinin donorluğunun təşkili Qaydası”nda dəyişiklik edib

İndiyə qədər təbii fəlakət, qəza və digər fövqəladə hallar baş verdikdə və bu zaman qana və qan komponentlərinə kəskin ehtiyac yarandıqda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə kütləvi qan donorluğunu təşkil edib.

Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu sahədə səlahiyyəti Səhiyyə Nazirliyinə həvalə edilib.

Son xəbərlər
Digər xəbərlər