13 C
Baku
Tuesday, October 22, 2024

Səhmdarın bankdakı payı 95,68%-ə yüksəldi

“Nikoil Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

Bu Bankın nizamnamə kapitalının 52 mln. manat və yaxud 17,6% artırılaraq 296 mln. manatdan 348 mln. manata çatdırılmasından sonra baş verib.

Kapital artımı üçün “Nikoil Bank”ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 2 manat olan 26 mln. ədəd yeni səhmi Bankın əsas səhmdarı – “Topaz Investment” QSC əldə edib. Bununla da, şirkətin “Nikoyl Bank”dakı payı 94,92%-dən 95,68%-ə yüksəlib.

Əvəzində digər səhmdarların Bankdakı payı azalıb. Belə ki, Marina Kulişovanın payı 4,96%-dən 4,22%-ə, “İSR Holdinq” MMC-nin payı isə 0,12%-dən 0,1%-ə düşüb.

Oxşar yazı: NIKOIL Bankdan illik böyük zərər –  Yığılmış zərər 285 mln. manatı ötdü

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən “Ülpər” kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb.

©Report

 

Son xəbərlər
Digər xəbərlər