13 C
Baku
Friday, March 29, 2024

Səhmdarlar toplaşır: Torpaq satışından qalan mənfəət dividend şəklində paylanacaq

“Transavto EKS” ASC-nin Müşahidə Şurasının 4 iyul 2019-cu il tarixli qərarına əsasən səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Banker.az  xəbər verir ki, yığıncaq 15 avqust 2019-cu il saat 11.00-da baş tutacaq.

Yığıncağın gündəliyinə  “Transavto EKS “ASC-nin istifadəsində olan torpaq sahəsinin yeni investor tərəfindən “Transavto EKS” ASC-nin adına özəlləşdirilməsi və sonradan həmin torpaq sahəsinin investora satışı əqdinin şərtlərinin müzakirəsi və müvafiq qərarın qəbul edilməsi, torpağın investora satışı üçün ASC-nin Müşahidə Şurasının qərarının məqbul edilməsi halında bu satışdan “Transavto EKS “ASC-yə qalan mənfəətin dividend şəklində səhmdarlara paylanması məsələsinin müzakirəsi və müvafiq qərarın qəbul edilməsi kimi məsələlər daxildir.

 

Son xəbərlər
Digər xəbərlər