26 C
Baku
Saturday, July 27, 2024

Səhmdarları əmlakının “özgəninkiləşdirilməsi” ilə bağlı toplaşır

“Lənkəran Balıq Kombinatı” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 5 yanvar 2022-ci il saat 14.00-da Lənkəran şəhəri, Nərimanabad qəsəbəsində yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcək.

Banker.az bu barədə “Lənkəran Balıq Kombinatı”nın direktorunun açıqlamasına istinadən xəbər verir.

Yığöıncağa “Lənkəran Balıq Kombinatı” ASC-nin 2020-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi; ASC-nin əsas vəsaitlərinin özgəninkiləşdirilməsi və digər məsələlər daxil edilib.

Xatırladaq ki, “Lənkəran Balıq Kombinatı” ASC 2003-cü ildə, Lənkəran Balıq Konservdə yaradılıb. Onların nizamnamə kapitalı 304 776 manatdır.

Son xəbərlər
Digər xəbərlər