23 C
Baku
Wednesday, May 29, 2024

Şəhriyar Məmmədyarov texniki qələbə qazanıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki “Grand Chess Tour”un sonuncu mərhələsi olan “Sinkfild Kuboku”nda ilk qələbəsini qazanıb.

Şahmatçımız 4-cü turda norveçli Maqnus Karlsenlə üz-üzə gəlməli idi.

Lakin dünya çempionu turnirdən imtina etdiyi üçün görüş baş tutmayıb. Nəticədə Məmmədyarova texniki qələbə verilib. Karlsenin əvvəlki turlardakı nəticələri ləğv olunacaq.

Məmmədyarov hazırda 2 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər