26 C
Baku
Saturday, July 27, 2024

Səhvən həbs cəzasına məhkum edilmiş qardaşlar ABŞ-dan $75 mln. təzminat aldılar

ABŞ-da zehni geriliyi olan iki ögey qardaş dövlətdən 75 milyon dollar tələb ediblər. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bildirildiyi kimi, onlar 11 yaşındakı qıza təcavüz və öldürmə ittihamı ilə 31 il həbsxanada keçiriblər.

Henri Makkollum və Leon Braun lehinə qərar münsiflər heyəti tərəfindən verilib. Qardaşlar həbsxanada keçirdikləri hər il üçün 31 milyon dollar təzminat və daha 13 milyon dollar əlavə ödəniş alıblar.

Cinayət 1983-cü ildə Robson dairəsində (Şimali Karolina) baş verib. Onda Makkollum 19, Braun isə 15 yaşında olub. İstintaq prosesi başa çatandan sonra onlar ölüm cəzasına məhkum edilib, bir müddət keçəndən sonra isə ömürlük məhkumluğa dəyişdirilib.

Hüquqşünaslar polislərin yeniyetmələrə qarşı hədə-qorxu gəldiyini sübut ediblər. “Münsiflər heyəti bütün dəlilləri nəzərdən keçirib və onların günahsız olduğuna qərar verib. Henri və Leon ədalətsizliyə məruz qalıblar və biz mövcud vəziyyəti dəyişdirmək üçün əlimizdən gələni etdik”, – deyə qardaşların hüquqlarını müdafiə edən vəkil Elliot Abrams vurğulayıb.

Xatırladaq ki, mart ayında Las-Veqas sakini həbsxanada itirdiyi illərə görə hökumətdən 1.35 milyon dollar təzminat alıb. O, törətmədiyi cinayətə görə 20 il həbs cəzasını çəkib.

Son xəbərlər
Digər xəbərlər