26 C
Baku
Saturday, July 27, 2024

Səhv etmək qorxusu

Səhv etmək qorxusu – bu addım atmağa mane olan əsas əngəllərdən biridir. Amma əgər qorxunu tərkib hissələrinə ayırsaq onda üç komponent əldə edəcəyik.

  • axmaq vəziyyətə düşmək qorxusu;
  • vaxtı boş yerə sərf etmək qorxusu;
  • özünüqiymətləndirmə baxımından zərbə almaq və özünə əminliyi itirmək qorxusu.

Səhv etməkdən qorxduğumuza görə biz özümüzü çox şeydən məhrum edirik: ünsiyyət, imkanlar, fürsətlər, yəni təəssüratlar. Qorxunun öhdəsindən gəlmək bizə həyatı tam yaşamağa və ondan zövq almağa imkan verəcək, biz həyatda səhv edərək, ondan nəticə çıxara biləcəyik.

Qorxu necə yaranır?

Bu qorxu hələ lap erkən uşaqlıq yaşlarında formalaşır. Xüsusən də valideynləri həddindən artıq narahat, gərgin, tez təşvişə düşən və öz övladına sərbəst hərəkət etməyə imkan verməyən insanlarda bu qorxu hissi daha güclü şəkildə özünü büruzə verir. Bu tip qorxunu formalaşdıran daha bir tərbiyə metodu isə – “valideynlər daha yaxşı bilir” adlanır. (Mən böyük olduğum üçün səndən daha yaşı bilirəm). Həddindən artıq avtoritar tərbiyə tərzi və ifrat dərəcədə də himayədarlıq labüd şəkildə səhv etmək qorxusunun yaranmasına gətirib çıxarır. Məktəb mühiti isə situasiyanı daha dərinləşdirir, xüsusən də şagirdlər və bəzən də müəllimlər tərəfindən uşaqlar xoşagəlməz təsirlərə məruz qalırlar (sən səhv etdikdə pis qiymət alır və ya gülüş obyektinə çevrilirsən). Uşaq bir yığın neqativ emosiyalar hiss edir, bu isə onu gələcəkdə səhv etmək qorxusunun təsiri altında hərəkətsizliyə sövq edir. O, hər hansı bir addım atmaqdansa, heç nə etməməyi üstün tutur.

Qorxudan necə qurtulmalı?

1.Bu frazanı yadınıza salın: «Yalnız heç nə etməyən insan səhvə yol vermir». Bu və ya digər formada biz onsuz da səhvə yol verəcəyik –bu insan həyatının və fəaliyyətinin ayrılmaz bir hissəsidir. Bundan əlavə səhvlər yeni təcrübə və yeni bilik əldə etmə üsuludur. Əgər nəyin səhv olduğunu bilmirsənsə, nəyin düzgün olduğunu necə öyrənəcəksən?

2. Özünüzə səhv etmək şansı verin. “Səhv etmək olmaz” kimi qaysaqlanmış fikirlərdən qurtulun.

3. Səhv edərkən onu təhlil edin. Bu zaman siz anlayacaqsınız ki, məhz bu səhv sayəsində siz nəsə öyrənmisiniz. Heç də hər şey ilk cəhddə alınmır. Bütün dahi kəşf və ixtiralar cəhd və səhvlər sayəsində əldə olunub.

4. Əgər səhvə yol vermisinizsə, başqalarını bunda ittiham etməyin. Məsuliyyəti öz üzərinizə götürün.

5. Digərlərinin səhvini də tənqid etməyin, onlara da səhv etmək imkanı verməyin.

Son xəbərlər
Digər xəbərlər